Premyer Liqa klubu 37 yaşlı mütəxəssisi baş məşqçi postuna təyin edəcək

13:45 - 8 Oktyabr 2022

Bir müddət əvvəl "Leyptsiq"in baş məşqçi postundan istefaya göndərilmiş Domeniko Tedesko İngiltərəyə yollanmağa hazırlaşır.

Sportal.az "Daily Mail"ə istinadən xəbər verir ki, gənc mütəxəssis "Sauthempton"la danışıq aparır.

Premyer Liqa təmsilçisi Ralf Hazenhüttlyanı istefaya göndərərək onu Tedesko ilə əvəzləmək niyyətindədi. İngiltərə klubunun baş məşqçi postuna namizədlərdən digəri də Xosep Qvardiolanın köməkçisi Enzo Mareskadı. 

37 yaşlı əslən İtaliyadan olan alman mütəxəssis "Erzgebirge Aue", "Şalke", "Spartak" klublarını çalışdırıb.

Xəbər xətti