Millimizin üzvü Rumıniyada kubok qazandı

15:08 - 24 Oktyabr 2022

Milli komandamızın voleybolçusu Yelizaveta Ruban Rumıniyada superkubok qazanıb.

Sportal.az xəbər verir ki, yığmamızın üzvü "CSM Lugoj" komandasının heyətində bu uğura imza atıb.

Rubanın komandası final görüşündə "CSO Voluntari"yə 3:0 (25:21, 25:23, 25:22) qalib gəlib.

"CSM Lugoj" ilk dəfədir ki, kuboka sahib çıxır. 

Xəbər xətti