"Real" Çempionlar Liqasının 5-ci turunun "Leyptsiq"lə oyununda Luka Modriçin xidmətindən istifadə etməyəcək.
Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, 37 yaşlı futbolçunun adı "Leyptsiq"lə matçın iştirak ərizəsindən çıxarılıb.
Bununla bağlı isə klubdan hələ ki, heç bir açıqlama verilməyib.
Almaniya klubu ilə görüşdə Kərim Benzema və Federiko Valverde də oynamayacaq. Onlar zədə səbəbindən bu görüşü buraxacaq.
"Leyptsiq"- "Real" oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
