PSJ ispaniyalının müqavilə müddətini uzadacaq

16:23 - 24 Oktyabr 2022

PSJ Serxio Ramosla müqavilə müddətini uzatmaq niyyətindədi.

Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisi 36 yaşlı futbolçuya yeni bir illik müqavilə təklif edib.

İspaniyalı futbolçunun özünün də Fransada qalmaq istəyində olduğu iddia edilir.

“Sevilya” yetirməsi olan Ramos 2005-2021-ci illərdə “Real”da oynadıqdan sonra 2021-ci ildə PSJ-yə keçib.

Xəbər xətti