"Yuventus" Ukrayna millisinin üzvünü transfer etmək istəyir

16:53 - 24 Oktyabr 2022

“Yuventus” “Şaxtyor” və Ukrayna millisinin yarımmüdafiəçisi Mixaylo Mudrikin xidmətində maraqlıdı.

Sportal.az “Calciomercato”a istinadən xəbər verir ki, Turin təmsilçisinin skautları onu iki ildir ki, izləyir.

“Yuventus”un nümayəndələri futbolçunun agenti ilə əlaqə saxlayıb və danışıqlara başlayıb.

​“Arsenal” da ukraynalının xidmətində maraqlıdı. London klubunun baş məşqçisi Mikel Arteta Mudriki sərəncamında görmək niyyətindədi. 

 

Xəbər xətti