"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola hücumçu Erlinq Haalandın penalti zərbəsini yerinə yetirməsinə heyran olub.
Sportal.az xəbər verir ki, İngiltərə mətbuatına danışan ispaniyalı çalışdırıcı norveçli forvardın "Brayton"la görüşdəki penalti zərbəsi haqda bunları deyib:
"Erlinq “Brayton”la matçda penaltini inanılmaz yerinə yetirdi. “Mançester Siti”dəki dönəmimdə biz 24 zərbəni qola çevirməmişdik. Bu, doğrudan da əla göstəricidi. Haalandın penalti zərbəsi isə mükəmməl idi".
Xatırladaq ki, “Mançester Siti” “Brayton”a 3:1 qalib gəlib. Haaland bu görüşdə dubl edib.
