Türkiyənin Antalya şəhərində noyabrın 15-dən 21-nə qədər təlim-məşq toplanışında olacaq Azərbaycanın U-21 yığması yoxlama görüşü keçirəcək.
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamız hazırlıq çərçivəsində noyabrın 17-də Macarıstan, 20-də isə İsveçin müvafiq yaş qrupundan ibarət komandası ilə yoxlama oyunları keçirəcək.
Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
saytlarin hazirlanmasi
