"Mançester Yunayted" və İngiltərə millisinin veteran futbolçusu Maykl Kerrik "Mildsboro"nu çalışdıracaq.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, 41 yaşlı məşqçi Çempionşip təmsilçisi ilə rəsmi müqavilə imzalayıb.
Kerrik bu postda Kris Uaylderi əvəzləyib. Karrikin "Mildsboro" ilə müqaviləsinin detalları barədə məlumat verilməyib.
"Mançester Yunayted"də 464 matç keçirmiş Karrik "qırmızı şeytanlar"ın baş məşqçisi Oleq-Qunnar Sulşerin zamanında məşqçilər korpusunda yer alıb.
16 turdan sonra "Mildsboro" 17 xalla 21-ci pillədədi.
