“Barselona”nın hücumçusu Ansu Fati komandadakı durumundan narazıdı.
Sportal.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı yazıb.
Fati daha çox meydanda olmaq istəyir. 19 yaşlı futbolçu start heyətin üzvünə çevrilmək istəyir.
Lakin baş məşqçi Xavi bunun vaxtın hələ çatmadığını düşünür. Belə davam edəcəyi təqdirdə isə, Fati “Barsa”da qalmaq fikrindən daşına bilər.
Qvineya-Bissaudan olan Ansu 2019-cu ildən “Barselona”nın əsas komandasında çıxış edir. 2020-ci ildə isə onun İspaniya millisindəki debütü gerçəkləşib.
