"Çox vacib xallar itirmişik"

19:37 - 24 Oktyabr 2022

"İnter"in forvardı Lautaro Martinez "Fiorentina"ya 4:3 hesabı ilə qalib gəldikdən sonra görüşün nəticəsini şərh edib. O, həmçinin komandasının çempionluq şanslarını dəyərləndirib. 
 

Sportal.az xəbər verir ki, argentinalı bunun mümkünsüzlüyündən danışıb:

​"Qələbə qazanmaq üçün bizə dörd qol lazım idi, amma üç qol da buraxdıq. Bu isə yaxşı hal deyil. Amma üç xa çox vacib idi. Çünki kifayət qədər xallar itirmişdik. Skudetto bizim əsas hədəfimizdi? Xeyr, çünki çox vacib xallar itirmişik. İndi biz ancaq necə optimal formada ola biləcəyimizi düşünürük".

Xəbər xətti