Premyer Liqa klubu ispaniyalı məşqçiyə tapşırıldı

10:25 - 25 Oktyabr 2022

"Aston Villa"nın yeni baş məşqçisi məlum olub.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ingilislər Unai Emeri ilə anlaşıb.

İspaniyalı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

O, noyabrın 1-dən yeni komandasında işə başlayacaq.

"Aston Villa" buna görə "Vilyarreal"a 6 milyon avro təzminat ödəyəcək. 
 

Xəbər xətti