Çempionlar Liqası: "Milan" Mahirin komandasını, PSJ "Makkabi"ni darmadağın etdi, "Yuventus" və "Real" uduzdu - YENİLƏNİB

00:53 - 26 Oktyabr 2022

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin 5-ci tura start verilib.

Sportal.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında oyunlar oynanılıb.

Azərbaycan millisinin forvardı Mahir Emrelinin formasını geyindiyi "Dinamo" E qrupunun oyununda "Milan"la üz-üzə gəlib. Emrelinin ehtiyat skamyada keçirdiyi görüşdə "Milan" rəqibini darmadağın edib. 

F qrupunda "Real" "Leypsiq"in, "Şaxtyor" isə "Seltik"in qonağı olub. Madrid klubu səfərdə Almaniya təmsilçisinə uduzub. 

"Mançester Siti" isə Almaniyada "Borussiya" ilə bərabərə qalıb. "Sevilya" "Kopenhagen"ə şans tanımayıb. 

H qrupunda PSJ İsrailin "Makkabi" (Hayfa) klubunu darmadağın edib. "Yuventus" isə səfərdə "Benfika"dan zəif olub. 

Çempionlar Liqası
25 oktyabr

E qrupu

"Zalsburq" (Avstriya) - "Çelsi" (İngiltərə) 1:2 
Qollar:
Adamu, 49 - Kovaçiç 23, Havertz 64

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Milan" (İtaliya) 0:4 
Qollar:Qabbia 39, Leao 50, Jiru (p) 58, Lyubiçiç 69 (avtoqol)

F qrupu

"Seltik" (Şotlandiya) - "Şaxtyor" (Donetsk, Ukrayna) 1:1 
Qollar:
Qiakumakis 34 - Mudrik 58

"Leypsiq" (Almaniya) - "Real" (İspaniya) 3:2
Qollar: Qvardiol 13, Nkunku 18, Verner 81 - Vinisius 44, Rodriqo 90+4 (p)

G qrupu

"Sevilya" (İspaniya) - "Kopenhagen" (Danimarka) 3:0 
Qollar:
Y. En-Nesri 62, İsko 88, Montiel 90+2
Qırmızı vərəqə: Xocalava 90+5

23:00."Borussiya" (Dortmund, Almaniya) - "Mançester Siti" (İngiltərə) 0:0 
İstifadə edilməmiş penalti: Riyad Mahrez,58

H qrupu

PSJ (Fransa) - "Makkabi" (Hayfa, İsrail) 7:2 
Qollar:
Messi 19, 45, Mbappe 32, 65, Neymar 35, Qoldber 67 (avtoqol), Soler 84 - Sek 38, 51

"Benfika" (Portuqaliya) - "Yuventus" (İtaliya) 4:3 
Qollar: A. Silva 19, Mario 28 (p), R.Silva 35, 51 - Vlahoviç 24, Milik 77, Makkenni 79

 

Xəbər xətti