"Nant" - "Qarabağ" matçının hakimləri açıqlandı

12:16 - 25 Oktyabr 2022

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək "Nant" (Fransa) - "Qarabağ" matçının hakimləri bəlli olub.

Sportal.az xəbər verir ki, qarşılaşmanı Danimarkadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Yakob Kehlet olacaq. Ona yan xətt hakimləri Lars Hammelqard və Viktor Skitteə kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Yorgen Burxardt yerinə yetirəcək.

Oktyabrın 27-də Fransada keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xəbər xətti