"Real"ın futbolçusu Luka Modriç bu il Qətərdə keçiriləcək dünya çempionatından sonra yığma karyerası barədə qərar qəbul edəcək.
Sportal.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı futbolçu milli karyerasını mundialdan sonra başa vuracaq.
2006-cı ildən millidə debüt etmiş Modriç Xorvatiya yığmasında 154 oyunda 23 qol vurub, 24 assist edib.
Xorvatiya gələn ay Qətərdə start götürəcək mundialda F qrupunda Belçika, Kanada və Mərakeşlə mübarizə aparacaq.
