Avropa Liqasının 5-ci turunun "Nant" - "Qarabağ" görüşünün referisi bəlli olub.
Sportal.az xəbər verir ki, matçı Yakob Kehlet idarə edəcək.
Danimarkalı ilk dəfə deyil ki, "Qarabağ"ın matçına təyinat alıb.
Belə ki, 42 yaşlı ədalət təmsilçisi ilk dəfə 2015/2016 mövsümündə "Qarabağ"ın (0:1) "Monako" ilə matçını idarə edib. Danimarkalı "Qarabağ" - "Sivasspor" (2:3) oyununa da təyin alıb.
"Nant" - "Qarabağ" matçı iki gündən sonra Fransada keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
