"İstanbulspor"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Super Liqa təmsilçisi Fatih Tekke ilə anlaşıb.
Onunla beş illik müqavilə imzalanılıb.
Türkiyə millisinin veteran forvardı üçüncü dəfə İstanbul klubuna qayıdıb. Belə ki, 2018-2019 və 2020-2021-ci illərdə Tekke adıçəkilən klubu çalışdırıb.
"İstanbulspor" Super Liqada 10 turdan sonra 8 xalla 16-cıdı.
