"Barselona"da yeni müqavilə olacaq

17:02 - 25 Oktyabr 2022

"Barselona" bu mövsüm Xavi üçün aparıcı oyunçulardan birinə çevrilən sol cinah müdafiəçisi Aleks Balde ilə müqavilə müddətini uzatmağı planlaşdırır.

Sportal.az “Sport.es”ə istinadən xəbər verir ki, 19 yaşlı futbolçuya 2027-ci ilə qədər müqavilə təklif olunacaq.

Onun hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Yanvar ayında “Barselona” yetirməsi olan Balde yanvarda yeni müqaviləyə qol çəkəcək.

​O, bu mövsüm 11 matçda iştirak edib, 3 assistlə yadda qalıb. 

Xəbər xətti