"Çelsi"nin hücumçusu Kay Haverts komandasını dəyişməyə hazırlaşır.
Sportal.az "The Times"a istinadən xəbər verir ki, almaniyalı futbolçu "Mançester Siti"nin transfer siyahısındadı.
"Çelsi" ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq Haverts mövsümün sonunda Mançesterə yollana bilər.
Almaniya millisinin üzvü "zadəganlar"ın heyətində bu mövsüm 14 oyunda 2 qol vurub.
