Azərbaycan millisinin üzvünün vurduğu qol ən yaxşı seçildi

20:42 - 25 Oktyabr 2022

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun vurduğu qol Almaniya üçüncü liqasında sentyabrın ən yaxşısı seçilib. 

Sportal.az “mdr.de” portalına istinadən xəbər verir ki, Nazarov sentyabrın 30-da “Erzgebirge Aue” – “Meppen” (3:0) görüşündə qol vurub. 

Həmin oyunda Nazarovun komandası mövsümün ilk qələbəsini qazanıb.  Hazırda Aue klubu 13 turdan sonra 10 xalla 19-cu yerdədi. 

Qeyd edək ki, Nazarov sonuncu dəfə millinin heyətində Millətlər Liqasının Qazaxıstanla açılış oyununda (0:2) meydana çıxıb.

Xəbər xətti