"Aston Villa"dan ayrılan Stiven Cerrard Türkiyədə çalışa bilər.
Sportal.az xəbər verir ki, ingilis mütəxəssis "Beşiktaş"ın maraq dairəsindədir. Valerien İsmaellə yollarını ayıran İstanbul təmsilçisi Cerrarda təklif göndərməyə hazırlaşır.
Qeyd edək ki, Stiven Cerrard 2021-ci ilin noyabr ayından bu ilin oktyabrın 12-dək "Aston Villa"nı çalışdırıb.
