"Barselona" qışda heyətini portuqaliyalı futbolçu ilə gücləndirəcək.
Sportal.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Ruben Neveşin transfer məsələsini həll edib.
Qışda o, "Vulverhempton"dan ayrılaraq "Barselona"ya keçəcək.
İspaniya təmsilçisi Portuqaliya millisinin üzvü üçün qarşı tərəfə 40 milyon avro ödəməli olacaq.
