Yüksək liqa klubu "tiktok"çu ilə peşəkar müqavilə imzaladı

21:33 - 25 Oktyabr 2022

Rusiyada tanınmış “tiktok”çulardan olan Mixail Prokopiyev “Botev”lə peşəkar müqavilə imzalayıb.

Sportal.az “championat.com”a istinadən xəbər verir ki, son dəfə daha çox “tiktok”çuların toplaşdığı “Amkal” klubunda oynamış 20 yaşlı futbolçu bir müddətdir Bolqarıstan klubunda baxışda idi.

İndiyə qədər peşəkar səviyyədə futbol oynamamış Prokopyev baxışdan uğurla keçib və klub onunla rəsmi müqavilə imzalayıb. "Botev" hazırda Bolqarıstan yüksək liqasında mübarizə aparır və 16 komanda arasında 10-cu pillədədi.

Xatırladaq ki, Prokopyevin “tiktok”da 1,6 milyon izləyicisi var.

 

Xəbər xətti