"Tottenhem" "Barselona"dan icarəyə götürdüyü Kleman Lanqlenin transfer hüququna sahib çıxmaq istəyir.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, London klubu qarşı tərəfə 10 milyon avro təklif edib.
2018-ci ildə “Sevilya”dan “Barselona”ya keçən fransalı yayda "Tottenhem"ə icarəyə verilmişdi.
27 yaşlı fransız bu mövsüm "Tottenhem”in heyətində 7 görüşdə meydana çıxıb.
