Çempionlar Liqasının 5-ci turunda "Çelsi"ni qəbul edən "Zalsburq" 1:2 hesabı ilə uduzub.
Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Avstriya klubu 40 oyundan sonra evdə məğlub olub.
Bütün turnirlər daxil olmaqla "Zaslburq" doğma divarlar arasında uduzmurdu. "Çelsi" isə Londonda məğlub etdiyi rəqibini səfərdə də məğlubiyyətə uğradıb.
"Çelsi" Avstriyadakı qələbə sayəsində 1/8 finala vəsiqəni təmin edib.
