"Milan"ın baş məşqçisi: "Ötən mövsümlə müqayisədə daha yaxşı olduğumuzu göstərməliyik"

12:38 - 26 Oktyabr 2022

“Milan”ın baş məşqçisi Stefano Pioli Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində səfərdə "Dinamo”nu məğlub etdikləri (4:0) görüşlə bağlı danışıb.

Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, italiyalı məşqçi komandasının pley-offa yüksəlməyə hazır olduğunu bildirib:

“Bu, çox vacib qələbədir. İnkişaf etdiyimizi, ötən mövsümlə müqayisədə daha yaxşı olduğumuzu, irəlilədiyimizi göstərməliyik. Son oyunda qalib gələrək növbəti mərhələyə vəsiqə qazanmaq üçün mümkün olan hər şeyi etməliyik. Əla komandamız var”.

Xatırladaq ki, Emreli bu görüşdə meydana çıxmayıb.

Xəbər xətti