AFFA ÇL-dəki təxribata görə UEFA-ya müraciət edəcək

12:52 - 26 Oktyabr 2022

AFFA Çempionlar Liqasının 5-ci turunun Almaniyada "Leyptsiq" - "Real" komandaları arasında keçirilmiş oyun zamanı ermənilərin törətdiyi təxribatla bağlı UEFA-ya müraciət edəcək.

Sportal.az xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.

AFFA rəsmisi məsələdən agah olduqlarını və lazımı sənədlərin hazırlanaraq UEFA-ya müraciət ünvanlayacaqlarını bildirib.

Xatırladaq ki, Almaniyada keçirilmiş görüşdə Qarabağdakı separatçıların "bayrağı"nı asılıb. 

Xəbər xətti