PSJ-nin yarımmüdafiəçisi Neymar ÇL-in qrup mərhələsinin 6-cı turunun "Yuventus"la matçında meydana çıxmayacaq.
Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, braziliyalı cəzalı duruma düşüb. O, ÇL-in 5-ci turunun "Makkabi" (Hayfa) (7:2) ilə görüşündə üçüncü sarı vərəqəsini alıb.
Xatırladaq ki, Paris təmsilçisi artıq ÇL-də 1/8 finala vəsiqəni təmin edib.
