Xorvatiyalı Azərbaycan Premyer Liqasında gələn il debüt edə biləcək

15:20 - 26 Oktyabr 2022

“Kəpəz” bir neçə gün əvvəl müqavilə imzaladığı Mario Mustapikin xidmətindən istifadə edə bilməyəcək.

Sportal.az saytına verilən məlumata görə, son klubu “Rudeş”in onun sənədlərini vaxtında göndərməməsinə görə xorvatiyalı minimum qışa qədər “Kəpəz”də debüt etməyəcək.

O, hələ ki, komandanın düşərgəsində məşqlərlə kifayətlənir. 

​"Maksimir" yetirməsi olan 23 yaşlı qapıçı "Sesvete", "Dubrava" klublarının da qapısını qoruyub.

Xəbər xətti