"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Leyptsiq"ə (2:3) uduzduqları görüşlə bağlı danışıb.
Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis komandasının əks-hücum zamanı rəqibə müqavimət göstərə bilmədiyini deyib:
"İkinci qolu buraxdıqdan sonra “Leyptsiq” onlar üçün əlverişli olan əks-hücum futbolu oynamağa başladı. İlk iki qol həlledici oldu. Məhz bundan sonra onlar oyunu öz tərəfinə keçirdi və sonda qələbə qazanmağı bacardı".
