"Qarabağ"ın legioneri "Nant"a qarşı oynayacaq?

16:18 - 26 Oktyabr 2022

“Qarabağ”ın futbolçusu Leandro Andrade zədəsini sağaldıb.

Sportal.az xəbər verir ki, Ağdam klubunun futbolçusu Premyer Liqanın 10-cu turunun “Qəbələ” ilə görüşündə zədələnərək meydanı vaxtından əvvəl tərk etmişdi.

Ötən tur “Turan Tovuz”a qarşı keçirilmiş oyunu da buraxmaq məcburiyyətində qalan kabo-verdelinin sabah Avropa Liqasının 5-ci turunun “Nant”la matçında da meydanda olmayacağı ehtimal edilir.

Onun ölkə çempionatının 12-ci turunun “Şamaxı” ilə görüşündə meydanda olacağı gözlənilir.

Xəbər xətti