"Qarabağ"ın rəqibi "Qalatasaray"ın hücumçusu ilə bağlı qərar verdi

18:56 - 26 Oktyabr 2022

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Nant" "Qalatasaray"dan icarəyə götürdüyü Mustafa Məhəmmədlə bağlı qərarını verib.

 

Sportal.az xəbər verir ki, Fransa klubu 25 yaşlı forvardın müqaviləsində yer alan satınalma bəndindən yararlanacaq. Liqa 1 təmsilçisi misirli hücumçu üçün "sarı-qırmızılar"a 5 milyon 750 min avro ödəyəcək.

 

"Nant" Mustafa Məhəmmədi mövsümün əvvəlində icarəyə götürüb. Misir yığmasının üzvü komandanın heyətində meydana çıxdığı 17 matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Qeyd edək ki, "Qarabağ" Bakıda keçirilən oyunda "Nant"ı 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında ikinci qarşılaşma sabah Bakı vaxtilə saat 23:00-da baş tutacaq.

Xəbər xətti