"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində doğma meydanda "Sabah"ı qəbul edir.
Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi bu görüşdə ciddi itki ilə üzləşib. Komandanın yarımmüdafiəçisi Henri Okebuqvu matçın 1-ci dəqiqəsində zədələnib.
Nideriyalı futbolçu qarşılaşmanı davam etdirə bilməyib və onun əvəzinə meydana Veysəl Rzayev daxil olub.
Qeyd edək ki, hazırda ilk hissəsi oynanılan "Turan Tovuz" - "Sabah" oyununda hesab açılmayıb.
saytlarin hazirlanmasi