"Zirə"nin üç futbolçusu, "Kəpəz"in iki oyunçusu cəzalandırıldı

14:33 - 28 Dekabr 2022

Bu gün İntizam Komitəsinin iclası keçirilib. 

Sportal.az xəbər verir ki, iclasda aşadağıdakı qərarlar qeydə alınıb:

XVIII turun “Zirə” – “Kəpəz” oyununda “Kəpəz” komandasının 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin (maddə 39);

“Kəpəz” klubunun oyunçusu Elçin Əlicanov rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın və klub 200 manat cərimə edilsin (maddə 47.2);

“Kəpəz” klubunun oyunçusu Giorgi Kantariya ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın və klub 200 manat cərimə edilsin (maddə 47.1);

“Kəpəz” klubunun futbolçusu Mixeil Erqemlidze oyundan sonra ikinci sarı vərəqə aldığına görə 1 oyun cəzalandırılsın və klub 200 manat cərimə edilsin (maddə 47.1);

“Kəpəz” klubu bir oyunda 3 qırmızı vərəqə ilə cəzalandığı üçün klub 4800 manat cərimə edilsin (maddə 40);

“Zirə” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin (maddə 39);

“Zirə” komandasının oyunçusu Coşqun Diniyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılsın və klub 1600 manat cərimə edilsin (maddə 36.1);

“Zirə” komandasının oyunçusu Nemanya Andelkoviç rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın və klub 200 manat cərimə edilsin (maddə 47.2).

Xəbər xətti