Yaponiya millisində baş məşqçi dəyişikliyi olmayacaq.
Sportal.az Yaponiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Hadzime Moriyasu 2026-cı ilə qədər milliyə rəhbərlik edəcək.
54 yaşlı mütəxəssis məsələ haqda bu cür danışıb:
“Bu, həqiqətən məni ən çox ruhlandıran işdir. Bu mənə yapon olmaqdan qürur duyaraq beynəlxalq arenada yarışmaq imkanı verir. Ona görə də, təklifi qəbul etmək qərarına gəldim”.
saytlarin hazirlanmasi
