"Liverpul" qışda heyətini İngiltərə millisinin üzvü ilə gücləndirmək istəyir.
Sportal.az "The Times"a istinadən xəbər verir ki, Mersisayd klubu "Borussiya"nın üzvü Cud Bellinqemi heyətinə qatmaq niyyətindədir.
"Liverpul"un əsas transfer hədəfi məhz Bellinqemdir.
"Borussiya" isə onu satmaq fikrində deyil.
"Liverpul"la yanaşı "Real" da onunla yaxından maraqlanır.
