"Qarabağ" itkisiz irəliləyir

17:32 - 28 Dekabr 2022

Minifutbol üzrə ölkə çempionatında V turun oyunları keçirilib.

 
Sportal.az xəbər verir ki, "İdman" TV ilə canlı yayımlanan oyunlarda “Zəfər” komandası “Veteran”a, son çempion “Birbaşa Bakı” isə “Odlar Yurdu”na qalib gəlib. “Qarabağ” , “Sumqayıt”, “Real” Bakı, “Dinamo” Gəncə, “Xəzər” və “Aznur” komandaları da turu qələbə ilə başa vurublar. 
 
Beş turdan sonra turnir cədvəlinə “Qarabağ” başçılıq edir. Sonrakı yerlərdə müvafiq olaraq “Zəfər” və “Birbaşa Bakı” komandaları qərarlaşıblar.
 
Növbəti turun oyunları yanvarın 7-10 da keçiriləcək.
 
 

Xəbər xətti