Yaponiya Futbol Federasiyası milli koandanaın baş məşqçisi Moriyasu Hadzime ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Asiya təmsilçisi 54 yaşlı mütəxəssislə yola davam edəcək. Təcrübəli çalışdırıcının müqaviləsinin müddəti 2026-cı ilədək uzadılıb. Bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Moriyasu Hadzime 2018-ci ildən Yaponiya yığmasına rəhbərlik edir. Komanda DÇ-2022-də qrup mərhələsini ikinci pillədə vuraraq 1/8 finala vəsiqə qazanmışdı. Yaponlar 1/8 finalda Xorvatiyaya penaltilər seriyasında məğlub olaraq mundialda mübarizəni dayandırmışdı.
saytlarin hazirlanmasi
