İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, London təmsilçisi "Molde"nin hücumçusu David Datro Fofananı transfer edib. Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
20 yaşlı hücumçu 2023-cü ilin iyul ayında komandaya qoşulacaq. "Çelsi"nin Fil Dişi Sahilindən olan forvard üçün 12 milyon avro ödəyəcəyi bildirilir.
Qeyd edək ki, "Molde" David Datro Fofananı 2019-cu ilin fevralında "Abidjan Siti" klubundan transfer edib. Gənc futbolçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 29 rəsmi matçda 17 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
