"Mançester Siti"nin qapıçısı rekorda imza atdı

12:17 - 29 Dekabr 2022

Ederson Premyer Liqada rekorda imza atıb.

Sportal.az xəbər verir ki, "Mançester Siti"nin qapıçısı Premyer Liqanın 17-ci turunda "Lids"lə qarşılaşmada (3:1) Premyer Liqada sayca 150-ci qələbəsini qazanıb. 

Bu göstəriciyə çatmaq üçün ona 197 matç lazım olub. 

Ederson Premyer Liqada 200-dən az oyunda 150 qələbə qazanan ilk oyunçu kimi tarixə keçib.

Bundan əvvəl rekord 213 matçda 150 qələbə qazanmış "Mançester Yunayted"in keçmiş müdafiəçisi Patris Evraya məxsus idi.

Xəbər xətti