"Milan" yaxın günlərdə hücumçusu Olivye Jiru ilə müqavilə müddətini uzatmaq istəyir.
Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, tərəflər əməkdaşlığı davam etdirmək üçün şifahi razılaşma əldə ediblər.
Maliyyə məsələlərində də razılıq əldə olunarsa, Jiru qarşıdakı iki ili də “Milan”da keçirəcək. 36 yaşlı forvard 2021-ci ildə “Çelsi”dən “Milan”a keçib.
O, karyerası ərzində “Qrenobl”, “İstr”, “Tur”, “Monpelye”, “Arsenal” klublarında oynayıb.
saytlarin hazirlanmasi
