AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Səbail” klubunun akademiyasının koordinatoru Mirbağır İsayevin cəzasını azaldıb.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, Bayıl klubunun apellyasiya şikayəti qismən təmin edilib.
AFFA İntizam Komitəsi dekabrın 2-də Mirbağır İsayevin üç ay müddətinə futbol sahəsində çalışmasını qadağa etmişdi. Apellyasiya Arbitraj Tribunalı bunu bir ay şərti olmaqla iki aylıq cəza ilə əvəzləyib.
