“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen onun karyerasını Kataloniya klubunda bitirməsinin mümkün olub-olmadığını açıqlayıb.
Sportal.az xəbər verir ki, “Mundo Deportivo”ya danışan almaniyalı qolkiper uzun illər Kataloniya klubunda oynamaq istədiyini deyib:
"Bu, bir az əvvəl ortaya çıxan sualdır. Çünki daha uzun illər "Barselona"da oynamağı səbirsizliklə gözləyirəm. “Barsa” şəxsən mənim üçün mükəmməl klubdur və bütün bu illər ərzində bu formanı geyinməkdən qürur duyuram. Mən sevinirəm, çünki insanlar mənə çox yaxşı yanaşırlar. Mənə və ailəmə yüksək hörmətlə yanaşırlar. Bu da mükəmməldir".
saytlarin hazirlanmasi
