"Yuventus" dünya çempionu üçün hərəkətə keçdi

14:45 - 29 Dekabr 2022

Argentina millisinin və “Aston Villa”nın qapıçısı Emiliano Martinez karyerasını İtaliyada davam etdirə bilər. 

Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, “Yuventus” argentinalı qolkiper üçün hərəkətə keçib.

​Martinezin müqabilində “Yuventus” “Aston Villa”ya qapıçısı Voyçex Şesnini təklif etməyə hazırdır. 
Amma polşalı qapıçı özü Turini tərk etməyə həvəsli deyil.

30 yaşlı qapıçı 2012-2020-ci illərdə “Arsenal”a məxsus olub. Amma o, müxtəlif illərdə “Oksford”, “Şeffild Uenzdi”, “Roterhem”, “Vulverhempton”, “Xetafe”, “Ridinq” klublarında icarə əsasında çıxış edib. İki il əvvəl isə Martinez “Aston Villa” ilə anlaşmışdı.

 

Xəbər xətti