"Finaldakı məğlubiyyəti nə vaxtsa unuda biləcəyimi düşünmürəm"

15:27 - 29 Dekabr 2022

Fransa millisinin hücumçusu Kilian Mbappe 2022-ci il dünya çempionatının finalındakı məğlubiyyəti heç vaxt unutmayacağını deyib.

Sportal.az “L'Equipe” nəşrinə istinadən xəbər verir ki, o, millidəki uğursuzluğun PSJ-yə təsir etməyəcəyini bildirib:

"Finaldakı məğlubiyyəti nə vaxtsa unuda biləcəyimi düşünmürəm. Amma məşqçi və komanda yoldaşlarına dediyim kimi, klub bu uğursuzluğun əvəzini ödəməli olmayacaq. PSJ millinin məğlubiyyətinə görə məsuliyyət daşımır. Mümkün olan ən böyük enerji və maksimum motivasiya ilə komandanın düşərgəsinə qoşulmuşam".

Xatırladaq ki, Fransa dünya çempionatının finalında Argentinaya oyunsonrası penaltilərlə uduzaraq kuboku qazana bilməmişdi.
 

Xəbər xətti