“Real”ın baş məşqçisi Karlo Ançelotti Braziliya Futbol Konfederasiyası ilə əlaqə saxlamadığını bildirib.
Sportal.az “AS”a istinadən xəbər verir ki, italiyalı mütəxəssis Madrid klubunda qalmaq istədiyini deyib:
"Braziliyalılar mənimlə heç vaxt əlaqə saxlamayıb. Mən sadəcə “Real”da qalmaq istəyirəm. Bu klubdan ayrılmağı heç vaxt istəməyəcəm".
63 yaşlı mütəxəssisin "kral klubu" ilə müqaviləsi 2024-cü il oyunun 30-da başa çatacaq.
saytlarin hazirlanmasi
