"Şamaxı" hazırlıq planını açıqladı

20:02 - 29 Dekabr 2022

Premyer Liqada XVIII turunda "Neftçi"ylə oyundan sonra istirahətə buraxılan "Şamaxı" yanvarın 3-də Bakıda bir araya gələcək.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə klubu hazırlığın ikinci mərhələsi üçün yanvarın 8-də Antalyaya yollanacaq və 11 gün "Kamelya Selin" otelində məskunlaşacaq.

Bu müddətdə komanda 3 yoxlama oyunu keçirəcək.

Yanvarın 11-i Qazaxıstanın "Kaysar" və Rumıniyanın "Botaşani" klublarıyla qarşılaşacaq "Şamaxı" son oyununu yanvarın 18-də Serbiyanın "Napredak" klubuna qarşı keçirəcək.

Xəbər xətti