Braziliyalı əfsanəvi futbolçu Pele dünyasını dəyişib.
Sportal.az xəbər verir ki, keçmiş hücumçu 82 yaşında San Pauloda müalicə aldığı xəstəxanada vəfat edib. Bu barədə "New York Times" nəşri məlumat yayıb.
Qeyd edək ki, Pele bir müddətdir bağırsaq xərçəngi ilə mübarizə aparırdı.
