Kriştiano Ronaldonu transfer etmək istəyən "Əl-Nəssr" klubu daha bir futbolçuya "elçi düşüb".
Sportal.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi "Barselona"nın kapitanı Serxio Busketsi transfer etmək istəyir. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. Ərəblər mövsümün sonunda Kataloniya klubu ilə sözləşməsi başa çatan ispan yarımmüdafiəçiyə təklif göndərib.
Qeyd edək ki, Serxio Buskets "Barselona"nın yetirməsidir. 34 yaşlı futbolçu cari mövsümdə İspaniya klubunun heyətində meydana çıxdığı 16 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
