"Real"ın hücumçusu Kərim Benzema bu tur meydana qayıdacaq.
Sportal.az "AS"a istinadən xəbər verir ki, fransalı forvard İspaniya çempionatının 15-ci turunda "Valyadolid"lə görüşdə “kral klubu”nun start heyətində yer alacaq.
Forvard zədə səbəbindən dünya çempionatında meydana çıxa bilməmişdi.
“Valyadolid” – “Real” görüşü bu gün Bakı vaxtı ilə 00:30-da start götürəcək.
