“Barselona”nın və Uruqvay millisinin müdafiəçisi Ronald Arauxo zədəsini sağaldıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi Kataloniya klubunun kollektiv məşqlərinə qoşulub.
Adıçəkilən futbolçu sentyabrda Uruqvay millisinin heyətində İranla yoldaşlıq oyunu zamanı sağ budunun əzələsində yırtıq aşkarlanmışdı.
